İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə meteorit düşüb - kosmik cisim İstanbul və Ankaradan da görünüb

635 06.07.2024 11:23 Dünya A A

İstanbul və Türkiyənin bir sıra digər şəhərlərinin sakinləri meteoritin düşməsini müşahidə ediblər.

Musavat.com Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Kosmik Agentliyindən məlumat yayılıb.

Bildirilir ki, bu gecə ölkəmizin müxtəlif yerlərində səmada meteorit görünüb və insanlar onu müşahidə ediblər.

Meteoritin düşmə anı İstanbul və Ankara ilə yanaşı, Bursa, Yalova, Kocaeli, Bartın, Zonguldak, Karabük, Çankırı və Çorum vilayətlərinin bir çox yerində müşahidə edilib.

Meteoritin düşməsi səbəbindən dağıntı və tələfat olduğu barədə məlumt yoxdur. Hesab olunur ki, göy cismi qəlpələnərək boş ərazilərə düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR