İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin vitse-prezidenti Azərbaycan xalqına başsağlığı verib

1252 13.09.2022 20:11 Qarabağ xəbərləri A A

Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay sentyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Bu barədə "Report" Nazirlər Kabinetinə istinadən xəbər verir.

Türkiyənin vitse-prezidenti Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı ölkəmizə dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib.

F.Oktay Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Ə.Əsədova və Azərbaycan xalqına başsağlığı verib.

Baş nazir başsağlığına görə Türkiyənin vitse-prezidentinə minnətdarlığını bildirib, Azərbaycanın hər zaman Türkiyənin qardaşlıq dəstəyini hiss etdiyini vurğulayıb. Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığı diqqətə çatdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR