İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin qəzaya uğrayan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI

2673 12.11.2025 17:50 Gündəm A A

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla, 20 hərbçinin hamısı həlak olub.

PJ6NPc5yOiY5iJpM14cwYoMvoCQIMvwcMXYU1Bwo_825.jpg (65 KB)

Artıq Türkiyə Hərbi Hava Qüvvələrinin “C-130” hərbi-nəqliyyat təyyarəsinin qara qutusu da tapılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qara qutunun tapıldığını təsdiqləyib və hazırda səs yazılarının araşdırıldığını bildirib.

İki gündür sosial mediada və bəzi media vasitələrində qəzanın başvermə səbəbləri ilə bağlı müxtəlif rəylər səsləndirilir. Bəzən yanlış informasiyalar da yayılır.

ROVSEN.jpg (15 KB)

Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Musavat.com-a danışıb:

““C-130” 1953-cü ildə ABŞ tərəfindən istehsalına başlanılan hərbi yük təyyarəsidir və istehsalı 1955-ci ildə başa çatıb. NATO ölkələrindən başqa Argentina, Anqola və digər dövlətlərdə də istifadə olunur. Təyyarənin təzə modelləri “C-130 H” və “C-130 C”dir, qiyməti 30-60 milyon dollara qədər dəyişir. 2019-cu ildə ən effektli təyyarələrdən biri hesab olunub. Hərbçilərin daşınmasında da istifadə olunur. Effektli olduğu üçün indiyədək cəmi 4 dəfə qəzaya uğrayıb. İki qəza Vyetnam müharibəsi zonasında baş verib, biri isə Yuqoslaviyada. Yəni Türkiyənin istifadəsində olan “C-130”lar çox möhkəm və etibarlı təyyarələrdir. Baxmayaraq ki, 50-60 ildən çoxdur istehsal olunur, bu təyyarələr yoxlanmış və etibarlıdır”.

tttttt.jpg (193 KB)

Aviasiya mütəxəssisi Asif Əhmədov da Musavat.com-a açıqlamasında deyib:

“Əlbəttə, bu, çox üzücü bir hadisədir. “C-130” dörd motorlu, güclü təyyarədir və dünyanın bir çox ölkələrində istifadə olunur. Texniki sınaqdan çıxmış hərbi nəqliyyat təyyarəsidir. Qəzalar əsasən hava şəraiti, texniki nasazlıq və pilot səhvi nəticəsində baş verir. Dünyada qayda belədir. Qara qutu artıq aşkarlanıb və Türkiyədə heyət bununla məşğuldur. Hadisə baş verən zaman təyyarə dərhal hava hərəkəti idarəetmə orqanlarına xəbər verilir. Təyyarə Gürcüstan hava məkanındaydı, buna görə də açıqlama onlar tərəfindən veriləcək.

Türkiyədə güclü komanda hadisənin araşdırılması üzərində işləyir. Bəzən sosial mediada səslənən rəylər doğru olmur. Nəticələri gözləmək lazımdır”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR