İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 2025-ci il xəritəsi görənləri şok etdi – FOTO

9251 20.09.2022 09:35 Region A A

Araşdırmaçı yazar Engin Avcı Türkiyənin 2025-ci ilə aid xəritəsini izləyiciləri ilə paylaşıb.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, onun iddiasına görə, Suriyanın şimalı, İraqın mərkəzi bölgələrinə qədər, Balkanlarda müəyyən ərazilər, Saloniki, Egeydə 12 ada, Ermənistan bütünlüklə, o cümlədən Naxçıvan ərazisi Türkiyənin nəzarətinə keçir.

“2025-ci ildə Türkiyənin xəritəsi belə olacaq. “Dərin dövlət”in 20 ildir təlqin etdiyi xəritə budur. Məsələnin sonunda Türkiyə və Rusiya ittifaqı görünür. Yəni bu xəritəyə gedən prosesdir. Xəritəyə görə, adalar təmizlənir, Suriyanın şimali, İraqın mərkəzi ərazilərinə qədər gedirik. Kırcalı və Saloniki bizim olur. Bu həmləni edəcək bir adam var, o da rəhbərlikdədir”, - deyə Engin Avcı söyləyib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR