İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli politoloq seçkinin Azərbaycana təsirindən danışdı

640 27.05.2023 16:38 Son xəbər A A

Sabah qardaş Türkiyədə həlledici gündür. Seçkinin ikinci turu baş tutacaq. Türkiyədəki seçkilər əksər dünya dövlətlərinin, xüsusilə də ilk gündə Azərbaycanın diqqət mərkəzindədir. Çünki bu seçkinin nəticələrinin ölkəmizə də müəyyən təsirləri olacaq.

Qardaş ölkədəki seçkinin nəticələrinin Azərbaycancana təsiri ilə bağlı Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla danışdıq. Musavat.com-a açıqlama verən politoloq vəziyyəti belə şərh etdi:

"Türkiyədə 14 may tarixində çox önəmli seçki keçirildi. Bu həm prezident, həm də millət vəkilləri seçimi olduğu üçün dünyanın diqqətini cəlb edir. Rəcəb Tayyib Ərdoğan 49.5 səs aldı, 50 faiz göstəricini keçə bilmədiyi üçün seçkilər 2-ci tura qaldı. Prezident seçkilərində ikinci tura ən çox səs toplamış namizədlər yer alır. Ən çox səsi alan namizəd prezident olaraq fəaliyyətinə başlayacaq. Türkiyədəki seçki nəticələrinin bölgəyə, xüsusilə də Azərbaycana təsirinə gəlincə, aeçki bitdikdən sonra kim prezident seçilirsə seçilsin, Türkiyənin Kipr və Cənubi Qafqaz siyasəti, hətta Avropa Birliyi siyasəti dövlət siyasəti olduğu üçün iqtidara gələn və ya gələcək olan prezident bu siyasətin yalnız 3/100 və ya 5/100-ni dəyişdirib, ona yeni siyasət əlavə edə bilər. Bunun xaricində siyasətin dəyişdirilməsi mümkün deyil. Son illərdə Cənubi Qafqazda Azərbaycanın xeyrinə strategiya artmaqda davam edir və bölgədə Azərbaycan istər İran, istərsə də Avropa Birliyinin Ermənistan üzərindən bölgədəki fəaliyyətləri göz önünə gətirilərək Türkiyə "Türkiyə-Azərbaycan-Ermənistan" üçlü görüşləri ilə bölgədə Azərbaycanı daha da inkişaf etmiş ölkəyə çevirmək arzususundadır. Bu həm iqtidarın həm də müxalifətin olmazsa olmaz siyasətlərinin ən başında yer alır. Azərbaycan türk dünyası ilə Türkiyə arasında bir açar rolu oynayır.

Azərbaycanın problemləri həll edildiyi zaman Türkiyə və türk dünyası münasibətləri və əlaqələri daha da yaxşı istiqamətdə irəliləyəcək. Bu da olmazsa olmaz öncəliklərimizdəndir. Son olaraq prezident seçkisinin nəticəsi istər iqtidar, istər müxalifət də seçilsə Azərbaycanın taleyini mənfi istiqamətdə dəyişməyəcək".

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR