İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli müğənni zəlzələ qurbanları üçün təşkil edilən gecədə hovuza düşdü - VİDEO

693 25.02.2023 20:37 Hadisə A A

Türkiyənin Aydın şəhərində Kuşadası rayonunda zəlzələ qurbanları üçün təşkil edilən mənəvi gecədə iştirak edən məşhur müğənni Mustafa Keser səhnəyə doğru gedərkən ayağı yerə ilişdiyi üçün müvazinətini itirərək hovuza düşüb.

Musavat.com xəbər verir ki, bir vətəndaşın köməyi ilə hovuzdan çıxarılan Keser paltarını dəyişdikdən sonra səhnəyə çıxıb.

Gecədə bir müddət zəlzələdən zərərçəkmişlərə qulluq etdikdən sonra səhnəyə doğru addımlayan Keser ayağının yerə yıxılması nəticəsində müvazinətini itirib və arxası üstə otelin hovuzuna düşüb. Bu vaxt bir gənc Mustafa Keseri xilas etmək üçün suya atılıb.

Gecənin iştirakçıları tərəfindən hovuzdan çıxarılan Keser səhnə arxasına keçib paltarını dəyişdikdən sonra yenidən səhnəyə çıxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR