İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

1760 22.05.2024 13:18 Son xəbər A A

Məşhur türkiyəli aktrisa, son zamanlar çox izlənilən "Kızılcık şerbeti" serialında "Alev" obrazını canlandıran Müjde Uzman xəstəxanaya yerləşdirilib.

Musavat.com oxu.az-a istinadən bildirir ki, aktrisa "Instagram" hesabında xəstəxana otağından çəkilmiş fotolarını paylaşıb və tükənmişlik sindromu yaşadığını deyib.

"Həyatımda ilk dəfə tükəndim", - deyə Müjde Uzman qeyd edib.

"Çox ağrılarım var, heç yatmıram. Astma çox pis bir şeydir. Eyni zamanda bir neçə xəstəliyi birdən yaşadığım üçün hamısının müalicəsi və təsirləri çox çətindir. Olsun, problem deyil. Sabah-birigün özümü yaxşı hiss edərəm, məni haradasa görərsiniz. "Nə qədər enerjilidir" deyərsiniz. Amma bu gün beləyəm", - deyə aktrisa əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR