İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Rusiyaya ixrac 40 faizə yaxın azalıb

444 22.02.2024 15:30 İqtisadiyyat A A

2024-cü ilin yanvar ayında Türkiyənin Rusiyaya ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,4 faiz azalıb.

Musavat.com xəbər verir ki, Türkiyə İxracatçılar Assambleyasının hesablamalarına əsasən, 2023-cü ilin yanvarında Rusiyaya ixrac 792,1 milyon dollar təşkil edibsə, 2024-cü ilin yanvarında bu rəqəm 551,1 milyon dollara düşüb.

Hesablama zamanı azad iqtisadi zonalarda ticarət və digər parametrləri nəzərə alan Türkiyə hökumətinin statistikasına görə, azalma 39 faiz olub - 1,04 milyard dollardan 631 milyon dollara qədər.

Assambleyanın hesablamasına görə, kimya məhsullarının ixracında 41,1 faiz, təzə tərəvəz və meyvələrin ixracında 20,4 faiz, avtomobillərin ixracında 7,6 faiz azalma olub. Bunlar Rusiyaya tədarük olunan mal və xidmətlərin strukturunda ən böyük maddələrdir. Bundan əlavə, maşınqayırma məhsullarının ixracı 23,9 faiz, elektronika və elektrotexnika məhsullarının ixracı 48,8 faiz azalıb.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Türkiyə bankları ikincili sanksiyalara görə Rusiya ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsini dayandırıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR