İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən qayıdan erməni deputat nazir vəzifəsinə namizəd göstərildi

1263 24.02.2024 20:30 Region A A

Fevralın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə “Mülki müqavilə” partiyasının idarə heyətinin iclası keçirilib.

Musavat.com bildirir ki, bu barədə erməni mediasına partiyadan məlumat verilib.

İclasda iqtisadiyyat naziri vəzifəsinə Gevorq Papoyanın namizədliyi müzakirə edilərək təsdiq edilib. Həmçinin bir sıra partiya məsələləri də müzakirə olunub.

Papoyan fevralın 22-24-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) iclasında iştirak etdiyi Türkiyədən işgüzar səfərdən bu gün qayıdıb.

Qeyd edək ki, G.Papoyan Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından deputatı, maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyanın sədridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR