İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə yaşayan azərbaycanlı kişi ölü vəziyyətdə tapıldı

866 03.11.2022 11:25 Kriminal A A

Türkiyənin Antalya şəhərində 15 ildir ki yaşayan 48 yaşlı Azərbaycan əsilli Türkiyə vətəndaşı həyat yoldaşı tərəfindən otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb.

BAKU.WS ihlas haber ajansına istinadən xəbər verir ki, evə çağrılan tibbi yardım nümayəndələri həmin şəxsin öldüyünü təyin edib.

Məlumata görə, həyat yoldaşı Nelli Abdullayeva ilə yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşı Elçin Əbdül (48) günorta olmağına baxmayaraq otağından bayıra çıxmayıb. Daha sonra Nelli ərini çağırıb və cavab ala bilməyəndə otağı yoxlamaq istəyib. Bu anda ərinin hərəkətsiz olduğunu görən qadın vəziyyəti qonşularına çatdırıb. Xəbərdarlıqdan sonra hadisə yerinə gələn sağlamlıq qrupları həmin şəxsin öldüyünü müəyyən edib.

Məhkəmə tibbi ekspertizanın məlumatına görə, meyitdə heç bir xoşagəlməz hal aşkar edilməyib və bu, normal ölüm kimi qiymətləndirilib. Meyit bələdiyyə morquna aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR