İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə turistləri daşıyan avtobus aşıb, 1 nəfər ölüb, 22 nəfər yaralanıb

354 15.06.2022 00:08 Hadisə A A


Türkiyənin Antalya şəhərinin Fethiye şosesində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 1 turist həyatını itirib, 22 nəfər yaralanıb.

Dənizlidən Antalyaya gedən tur avtobusu Karamanda aşıb.

Qəza yerinə çoxlu sayda təcili yardım cəlb edilib. Yaralılar təcili tibbi yardım maşınları ilə özəl xəstəxanaya və Korkuteli Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR