İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə SES-də yanğın zamanı 14 nəfər zəhərlənib

339 31.05.2024 01:46 Dünya A A

Türkiyənin Eskişehir Su Elektrik Stansiyasında baş verən yanğın zamanı 14 nəfər tüstüdən zəhərlənib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Alpu rayonunda qeydə alınıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Məlumata görə, yanğın elektrik stansiyasında transformatorun partlaması nəticəsində baş verib.

Əraziyə təcili yardım, yanğınsöndürən və jandarm briqadaları göndərilib, yanğın nəzarət altına alınaraq söndürülüb.

Zərərçəkənlərin həyatı üçün təhlükənin olmadığı bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR