İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə irimiqyaslı anti-narkotik əməliyyat başladılıb

491 20.09.2022 11:56 Kriminal A A

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ölkənin Bursa vilayətində irimiqyaslı əməliyyat keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Qeyd edilib ki, ümumilikdə 2 min 22 polis əməkdaşının iştirak etdiyi əməliyyatın təxminən ilk iki saatı ərzində 132 nəfər saxlanılıb.

Nazir bildirib ki, aprel ayından araşdırılması aparılan “Kökünü qurutmaq” adı verilən bu əməliyyatın başlamasına bu gün yerli vaxtla səhər saat 05:00-da start verilib. Əməliyyat başladığı andan saat 07:30-a olan məlumata əsasən saxlanılanlarla yanaşı, çox sayda narkotik maddə aşkarlanaraq müsadirə edilib.

Bundan əlavə, nazir sentyabrın 20-də bu istiqamətdə İstanbulda da bir əməliyyatın keçirildiyini qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR