İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə həyatları xilas edən axtarış itləri BELƏ ÖYRƏDİLİR

1290 13.02.2023 15:55 Maraqlı A A

Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərdən sonra Meksikadan Adıyamana gələn qrupun axtarış-xilasetmə iti Proteo dağıntılar üzərində aparılan araşdırmalar zamanı həyatını itirib.

Musavat.com xəbər verir ki, zəlzələlərin dağıntılara səbəb olduğu Adıyamanda işlərini davam etdirən Meksika qrupunun axtarış-xilasetmə iti Proteonun ölümündən sonra qrup itin xatirəsinə bir dəqiqəlik sükut və mərasim təşkil edib. Proteo axtarış-xilasetmə işləri çərçivəsində Meksikadan Türkiyəyə gələn 16 itdən biri olub. 

Meksikada nəşr olunan "El Financiero" qəzeti axtarış və xilasetmə itlərini necə öyrətmək və bunun üçün nə qədər vaxt lazım olduğunu yazıb.

63e9f6d54e3fe111c42fb816.jpg (52 KB)

Meksika Müdafiə Nazirliyinin nəzdində yetişdirilən bu itlərə 3 aylıq olanda mikroçip vurulur və şəxsiyyətləri silinir. İtlər 4 aylıq olduqdan sonra axtarış və xilasetmə qruplarına inteqrasiya edilərək təlimə başlayırlar və onların təlimləri bir yaşı tamam olana qədər davam edir. Daha sonra itlər orduda müxtəlif ixtisaslara bölünür. Bu ixtisaslardan biri təbii fəlakətlər zamanı insanların xilas edilməsini əhatə edir.

Proteo adlı it yunan mifologiyasında Poseydonun oğlu Proteyin adını daşıyır. Yunan mifologiyasında Proteus gələcəyi proqnozlaşdıra bilir.

Proteonun sahə təlimçisi və məsul zabiti Villeda itin ölümündən sonra deyib: “Mən səninlə fəxr etdiyimi demək istəyirəm, çünki sən həmişə güclü, çalışqan, heç vaxt təslim olmayan bir it olmusan. Təəssüf ki, mənimlə geri dönə bilməyəcəksən, səni həmişə xatırlayacağam. Ümid edirəm ki, bütün Meksika səni həmişə xatırlayacaq. Bir gün yenə görüşəcəyik”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR