İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dollar milyarderlərinin sayı AÇIQLANDI

1430 25.06.2026 08:26 İqtisadiyyat A A

Türkiyədə dollar milyarderlərinin sayı 35-ə çatarkən, siyahıdakı şəxslərin ümumi sərvəti 79,4 milyard dollara bərabər olub. "Forbes" jurnalının 2025-ci il üzrə dollar milyarderləri siyahısına görə, 2024-cü ildə 33 olan türkiyəli dollar milyarderlərinin sayı hazırda 35-ə yüksəlib, onların ümumi sərvəti isə bir il ərzində 71,8 milyard dollardan 79,4 milyard dollara çıxıb. Son məlumatlara görə, İstanbul həm sərvətin istehsal olunduğu, həm də cəmləşdiyi əsas mərkəz statusunu qoruyur.

2026-cı ilin statistikasına əsasən Türkiyədə 30 milyon dollardan yuxarı sərvəti olan şəxslərin sayı son beş ildə 93,6 faiz artaraq 4 min 208 nəfərə çatıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, son beş illik dövrə nəzər saldıqda Türkiyədə milyarderlərin sayı dalğalı, lakin artan xətlə inkişaf edib.

2022-ci ildə "Forbes" siyahısında 24 türkiyəli yer alırdısa, 2023-cü ildə bu rəqəm 26-ya, 2024-cü ildə 33-ə, 2025-ci ildə isə 35-ə yüksəlib. 2026-cı ildə isə "Forbes Türkiyə" siyahısında 43 türkiyəli dollar milyarderi qeydə alınıb. Digər tərəfdən, 2023-cü ildə 57,8 milyard dollar olan türkiyəli milyarderlərin ümumi sərvəti 2024-cü ildə 71,8 milyard dollara, 2025-ci ildə 79,4 milyard dollara, 2026-cı ildə isə 106 milyard dollara çatıb. Başqa sözlə, 2023-2026-cı illər arasında türkiyəli dollar milyarderlərinin ümumi sərvəti təxminən 48,2 milyard dollar artıb.

Servet zirveye yansıdı! Dolar milyarderi sayısı 35’e çıktı - Resim : 1

Türkiyədə milyarderlərin və ultra-zənginlərin coğrafi bölgüsündə İstanbul böyük fərqlə öndədir. Belə ki, İstanbul təvəllüdlü 31 nəfər ümumi siyahıdakı sərvətin 30,3 faizinə sahibdir. Milyarderlər siyahısında Ankara ikinci yerdə qərarlaşıb, Adana isə Sabançı ailəsinin nüfuzu sayəsində önə çıxan şəhərlər sırasındadır. Qlobal şəhər reytinqlərində də İstanbul diqqət çəkir. İstanbul 35 milyarderlə dünyanın ən çox milyarderə sahib şəhərləri arasında yer alır. Bu göstərici Türkiyədə sərvətin təkcə fərdi deyil, həm də coğrafi baxımdan cəmləşdiyini sübut edir. İstanbul holdinq mərkəzləri, maliyyə qurumları, daşınmaz əmlak aktivləri, ailə şirkətləri, liman-ticarət əlaqələri və birja şirkətləri ilə sərvət istehsalının əsas meydanı rolunu oynayır. Türkiyənin digər şəhərlərində sənaye, enerji, kənd təsərrüfatı, tikinti və ixrac vasitəsilə ciddi kapital toplansa da, sərvətin idarəetmə mərkəzi böyük ölçüdə İstanbulda cəmləşir.

"Knight Frank" şirkətinin "2026 Wealth Report" (Sərvət Hesabatı) məlumatlarına görə, Türkiyədə 30 milyon dollardan yuxarı sərvəti olan şəxslərin sayı son beş ildə 93,6 faiz artaraq 4 min 208-ə çatıb. Hesabata əsasən, bu rəqəmin 2031-ci ildə 4 min 772-yə yüksələcəyi gözlənilir.

"Türkiyədə geniş xalq kütlələri yüksək inflyasiya fonunda alıcılıq qabiliyyətini itirdiyi halda, sərvət piramidasının zirvəsi böyüməkdə davam edir. Türkiyədə dollar milyarderlərinin artması klassik mənada gəlir artımından daha çox, aktivlərin dəyəri ilə bağlıdır. Yəni, bir milyarderin sərvəti onun cibindəki nəğd pul deyil, sahib olduğu şirkətlərin, səhmlərin və aktivlərin hazırkı təxmini bazar dəyəridir", - son məlumatları şərh edən iqtisadçı ekspert Barlas Yurtsever bildirib.

Milyarderlərin sayındakı artım Türkiyədə sərvətin böyüdüyünü göstərsə də, bu böyümənin cəmiyyət arasında necə bölüşdürüldüyü müzakirə mövzusu olaraq qalır. Ən zəngin 20 faizlik təbəqə ümumi gəlirin demək olar ki, yarısını əldə etdiyi halda, ən yoxsul 20 faizlik təbəqə cəmi 6,3 faiz pay alır.

B.Yurtsever qeyd edib ki, Türkiyədəki artım qlobal tendensiyadan kənar deyil. "Forbes"in 2026-cı il Dünya Milyarderləri Siyahısında qlobal milyarderlərin sayı 3 bin 428-ə yüksələrək rekord vurub. Ümumi sərvət isə 20,1 trilyon dollara çatıb. "Forbes"in məlumatına görə, siyahıya bir il ərzində təxminən 400 yeni şəxs əlavə olunub və milyarderlərin ümumi sərvəti illik müqayisədə 4 trilyon dollar artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR