İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dəhşətli tornado: Evlərin damı göyə uçdu - FOTOLAR

961 13.05.2024 18:25 Dünya A A

Türkiyənin Erzurum vilayətində tornado binaların dam örtüyünü uçurub, ağacları kökündən çıxarıb və elektrik dirəklərini aşırıb. Nəticədə ərazidə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Musavat.com oxu.az-a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarəedilməsi Agentliyi (AFAD) xəbər yayıb.

Qurumdan verilən məlumata görə xəsarət alan olmayıb.

"Söyütlü məhəlləsində yeddi ev, bir məktəb, üç istixana, üç nəqliyyat vasitəsi və bir sıra təsərrüfata ziyan dəyib. Pasinler mahalının Gölciğez və Kevənlik məhəllələrində də qasırğa baş verib. Xəsarət alan olmayıb, ancaq evlərə ciddi maddi ziyan dəyib", - deyə məlumatda vurğulanıb.

Yerli sakinlər sosial şəbəkələrdə tornadonun fəsadları ilə bağlı görüntülər yayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR