İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Çin avtomobillərinə tətbiq edilən rüsumlar xeyli artırıılb

426 08.06.2024 12:21 Dünya A A

Türkiyə hökuməti iyulun 7-dən etibarən Çindən avtomobil idxalına 40% əlavə gömrük rüsumunun tətbiq edilməsinə qərar verib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə hökumətin rəsmi qəzetində məlumat yayılıb.

“Karar” qəzetinin məlumatına görə, bu qərar ölkənin avtomobil sənayesində böyük rezonansa səbəb olub. Alıcılar 10% baza rüsumunu nəzərə alaraq Çindən gətirilən hər avtomobil üçün orta hesabla 50% vergi ödəyəcəklər. Əvvəllər 40% əlavə ödəniş yalnız elektrikli avtomobillərə şamil edilirdi.

Nəşr qeyd edir ki, yerli istehsalı stimullaşdırmaq və ticarət kəsirini azaltmaq üçün nəzərdə tutulan belə bir addım Çin brendlərinin rəqabət qabiliyyətinə ciddi zərbə vura bilər. Ola bilsin ki, türk alıcıların üstünlükləri yerli və digər xarici brendlərin xeyrinə dəyişsin.

Eyni zamanda, avtomobil sənayesi istehlakçılara təsir edəcək avtomobil qiymətlərinin artmasından qorxur. Türkiyə hakimiyyətinin bu qərarı milli elektrik avtomobili TOGG-nin buraxılması planları və onun daxili bazarda çinli rəqibləri ilə müqayisədə üstünlüklər təmin etmək istəyi ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR