İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə bülletenlərin çoxu sayılıb - İLKİN NƏTİCƏLƏR (CANLI YAYIN)

9480 14.05.2023 22:38 Son xəbər A A

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb. Qeyd olunub ki, hazırda seçki bülletenlərinin 90.54 faizi sayılıb.

İndiki nəticələr belədir:

Rəcəb Tayyib Ərdoğan - 49,86%

Kamal Kılıçdaroğlu - 44,38%

Sinan Oğan - 5,30%

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 76,14 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,89 faiz səslə öndədir.

“Report” xəbər verir ki, ikinci yerdə 43,30 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 60,47 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 37,16 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,30 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,38 faiz, İYİ Partiya 9,89 faiz, Yaşıl Sol Partiya 8,20 faiz səs toplayıb.

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 65,72 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51,43 faiz səslə öndədir.

“Report” xəbər verir ki, ikinci yerdə 42,74 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 45,28 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 38,08 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,86 faiz, İYİ Partiya 9,71 faiz, Yaşıl Sol Partiya 8,10 faiz səs toplayıb.

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 51,39 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,11 faiz səslə öndədir.

“Report” xəbər verir ki, ikinci yerdə 42,02 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,34 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 27,23 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 39,39 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 20,72 faiz, Milliyyətçi Hərəkat Partiyası 12,55 faiz, İYİ Partiya 9,34 faiz, Yaşıl Sol Partiya 8,20 faiz səs toplayıb.

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 41,79 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,69 faiz səslə öndədir.

“Report” xəbər verir ki, ikinci yerdə 41,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,37 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 16,76 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 41,64 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 18,90 faiz, Milliyyətçi Hərəkat Partiyası 13,34 faiz, İYİ Partiya 8,86 faiz, Yaşıl Sol Partiya 8,09 faiz səs toplayıb.

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 31,49 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,62 faiz səslə öndədir.

“Report” xəbər verir ki, ikinci yerdə 40,42 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,40 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 9,79 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 44 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 17,02 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,15 faiz, İYİ Partiya 8,17 faiz, Yaşıl Sol Partiya 7,91 faiz səs toplayıb.

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 24,66 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 54,63 faiz səslə öndədir.

“Report” xəbər verir ki, ikinci yerdə 39,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,42 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 45,55 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 16,04 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,43 faiz, İYİ Partiya 7,73 faiz, Yaşıl Sol Partiya 7,76 faiz səs toplayıb.

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 20,02 faizinin sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,46 faiz səslə öndədir.

“Report” xəbər verir ki, ikinci yerdə 38,57 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,39 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 46,94 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 15,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,71 faiz, İYİ Partiya 7,32 faiz, Yaşıl Sol Partiya 7,28 faiz səs toplayıb.

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 15,52 faizinin sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 56,67 faiz səslə liderdir.

“Report” xəbər verir ki, ikinci yerdə 37,40 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,33 faiz).

Parlament seçkilərində, ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 67,02 faiz, “Millət İttifaqı” 22,07 faiz, "Əmək və Azadlıq İttifaqı" 6,76 faiz, “Ata İttifaqı” 0,75 faiz səs toplayıb.

***

Türkiyədə prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edir.

Səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səs qazanıb. İkinci yerdə 35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,21 faiz).

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR