İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 226 nəfər saxlanıldı

509 01.05.2024 22:31 Dünya A A

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında 1 May ilə bağlı paylaşım edib.

Onun sözlərinə görə, siyasi partiyalar, birliklər və qeyri-hökumət təşkilatları tərəfindən ölkənin 78 vilayətində ümumilikdə 210 tədbir təşkil edilib.

Mitinq, yürüş, mətbuat konfransı və əklil qoyulması kimi tədbirlərə təxminən 241 min adam qatılıb.

İcazəsiz ərazilərdə nümayiş keçirən, xəbərdarlığa qulaq asmayan, polisə hücum edənlərdən İstanbulda 217, Tuncelidə 4, Kahramanmaraşda 3, Aydında 2 olmaqla ümumilikdə 226 nəfər saxlanılıb.

Hadisələr zamanı 28 hüquq-mühafiəz əməkdaşı yüngül xəsarət alıb.//BAKU.WS 

Screenshot_1.png (39 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR