İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 19-cu əsrə aid erməni kilsəsi satılır

1306 02.04.2024 02:40 Dünya A A

Türkiyədə 19-cu əsrə aid erməni kilsəsi satılır. 

Musavat.com xəbər verir ki, Türkiyənin Sivas vilayətində yerləşən “Surb Astvatsatsin” erməni kilsəsi satışa çıxarılıb. Tərk edilmiş kilsə Hatice Akai adlı yerli qadının mülkiyyətidir. Hatice Akai kilsəni satmaq qərarına gələrək daşınmaz əmlak agentliyi ilə əlaqə saxlayıb. 

O daşınmaz əmlak agentliyinə bildirib ki, mülkiyyət sənədi var və kilsənin satışına heç bir maneə yoxdur.

Əmlak sahibi həmçinin qeyd edib ki, kilsə 1-ci kateqoriya mühafizə olunan ərazidir və mühafizə altındadır.

Qeyd edək ki, kilsənin satış qiyməti 16 milyon lirə (təxminən 500 min ABŞ dolları) göstərilib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR