İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə sahibkarları Amerika rəsmilərini məhkəməyə verir?

424 03.03.2024 22:57 Region A A

Türkiyənin işgüzar dairələrinin bir neçə nümayəndəsi Rusiya ilə işləyən yerli biznesə təzyiq göstərdiklərinə görə ABŞ rəsmilərini məhkəməyə verməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb.

Bir müddət əvvəl nəşr ABŞ-ın Türkiyədəki səfirliyi və baş konsulluğunun ayrı-ayrı əməkdaşlarının şirkətlərə baş çəkdiklərini və onları Rusiya Federasiyası ilə iş görməkdən çəkindirəmək üçün sanksiyalarla hədələdiyini yazıb.

Nəşr qeyd edir ki, ölkənin işgüzar dairələrinin nümayəndələri bu vəziyyətdən hiddətləniblər və Amerika rəsmilərini məhkəməyə verməyə hazırlaşırlar.

Sahibkarların fikrincə, təzyiqin heç bir hüquqi əsası yoxdur, çünki Ankara Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və BMT bu sanksiyaları tətbiq etməyib.

Bundan əlavə, Rusiyadan pul köçürmələrini bloklayan və əməliyyatlar və özəl müəssisələr haqqında məxfi məlumatları ABŞ-a ötürdüyü güman edilən türk bankları və onların əməkdaşlarına qarşı iddialar məhkəməyə verilə bilər.

“Aydınlıq”ın Hacettepe Universitetinin beynəlxalq hüquq kafedrasının dosenti Erdem İlker Mutluya istinadən yazır ki, prokurorluq məhkəmə iddialarını gözləmədən təzyiq və məxfi məlumatların ötürülməsi ilə bağlı şikayətlər üzrə qeyri-rəsmi araşdırmalara başlamalı idi. Əgər bu olmayıbsa, şikayətlər verildikdən sonra belə işlərə başlanılacaq. Bu problemlə bağlı BMT-nin qərarı və ya Türkiyədəki səlahiyyətlilərin rəsmi qərarı olmadan təzyiq göstərmək, ticarət sirrini açıqlamaq və ya digər addımlar qanunsuzdur. Mütəxəssis bunun nəticəsində bəzi amerikalı məmurların persona non-qrata elan ediləcəyini, bankların isə cəzalandırılacağını istisna etmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR