İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə mediası Günel-Ebru QALMAQALIndan yazdı: "Rza Zərrab dəftəri hələ də bağlanmır ... " FOTO VİDEO

1081 06.07.2023 15:56 Şou-biznes A A

Türkiyə mediası müğənni Ebru Gündeşin Şəmkirdə keçirilən toyda azərbaycanlı müğənni Günel Zeynalovanın səhnəyə çıxmasına mane olmasından yazıb.

Xatırladaq ki, bu günlərdə Şəmkir rayonun Şiştəpə kəndində varlı iş adamının təşkil etdiyi toya dəvət olunan Ebru Gündeş illərdir küsülü olduğu Günel Zeynalovanın eyni səhnəyə çıxmasına razı olmayıb. Bu barədə Zeynalova "Ebru Gündeş ruzimə mane oldu" deyə sosial şəbəkədə qeyd edib. Türkiyə mediası bu qalmaqalı "Rza Zərrab dəftərini hələ də bağlamayıblar" başlığı ilə dərc edib.

fd0f6646-18cf-4b46-91e0-13d6a1a4e6d2.jpg (168 KB)

Qeyd edək ki, Günel Zeynalova Ebru Gündeşin keçmiş həyat yoldaşı Reza Zərrabla nişanlı olub. Evlənməyə hazırlaşan Günel Rza Zərrabın Ebru Gündeşlə onu aldatması ilə ayrılıb. Rza Zərrab daha sonra Ebru Gündeş ilə ailə qurub və cütlüyün bir qızı olub. Lakin ötən illərdə Ebru Gündeşlə təlatümlü evliliyi bitən Zərrabın hələ boşanmadan Hadisə ilə yaxınlaşdığı iddia edilib. Hətta Hadisənin Rza Zərrabla "WhatsApp"dakı danışıqları da üzə çıxıb.



2021-ci ildə Ebru Gündeşdən boşanan və uzun illər Mayamidə yaşayan Zərrabın keçmiş sevgilisi Günellə illər sonra yenidən yaxınlaşdığı iddia edilib.

Belə ki, Günel bir müddət əvvəl Mayamiyə gedib. Mayamidən paylaşımlarının birində Günel "R" hərfini yazıb. Bu paylaşım Günelin Rza Zərrabla barışdığı haqda iddiaların yayılmasına səbəb olub. Günel bununla bağlı heç bir açıqlama verməyib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR