İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə bağlı VACİB XƏBƏR - Bu rayonlar...

993 28.02.2024 16:34 Region A A

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyədə vilayətlərin sayını 100-ə çatdırmaq istəyi yenidən müzakirə edilməyə başlanıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda ölkədə 81 vilayət və 922 rayon var.

Türkiyə Statistika Təşkilatının (TÜİK) siyahıyaalma nəticələri 100 mindən çox əhalisi olan rayonları müəyyən edib. Vilayət olmaq üçün əhali, inkişaf və şəhər mərkəzindən ən az 30 kilometr məsafədə olma meyarları tələb olunur. 

Mövcud şərtlərə görə, vilayət olmağa ən yaxın rayonlar aşağıdakılardır:

Polatlı (122.424)-Ankara, Tarsus (329.494)-Mersin, İnegöl (255.032)-Bursa, Çorlu (253.551)-Təkirdağ, Siverek (250.100)-Şanlıurfa, Manavgat (224.664)-Antalya, İskenderun (246.639)-Hatay, Akhisar (166.129)-Manisa, Fethiye (151.474)-Muğla, Ereğli (174.619)-Zonquldak, Erciş (173.203) -Van, Edremit (121.437)-Balıkesir, Bandırma (149.469)-Balıkesir, Nazilli (153.879)-Aydın, Cizre (133.908)-Şırnak, Lüleburgaz (145.263 )-Kırklareli, Ereğli (142.818)-Konya, Elbistan (142.783)-Kahramanmaraş, Ergani (126.824)-Diyarbakır, Kozan (129.985)-Adana, Ünye (122,597)-Ordu, Kahta (120.378)-Adıyaman, Midyat (108.242)-Mardin, Yüksekova (112.826)-Hakkari.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR