İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Ermənistan barışıq prosesi irəli doğru getmir - Ruben Safrastyan

641 05.03.2024 21:15 Region A A

Hazırda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində gözəçarpan irəliləmə müşahidə edilmir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli akademik və türkoloq Ruben Safrastyan səsləndirib.

“Türkiyə tərəfinin siyasətini başa düşmək üçün nəzərə almaq lazımdır ki, Ankara üçün İrəvanla münasibətlərin normallaşması bütövlükdə ciddi əhəmiyyət kəsb etmir. İqtisadi baxımdan Ermənistan Türkiyə üçün vacib sayılmır. Türkiyə hələ 1991-ci ildə belə bir qənaətə gəlib. Çünki dənizə çıxışı olmayan və əlverişsiz coğrafi mövqedə qalan Ermənistan münasibətlərin normallaşmasında Türkiyədən daha çox maraqlı olmalıdır və Ankara məhz bundan istifadə edir. Türkiyənin diplomatik və geosiyasi mövqeyinin təməlində məhz bu dayanır. Məqsədləri danışıqlar prosesində Ermənistandan güzəşt qoparmaqdır”, - deyə erməni türkoloq qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR