İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkan Şoray "Yeni Müsavat"a DANIŞDI: "Sevgili azərbaycanlıları çox sevirəm" - FOTOLAR, VİDEO

2188 06.11.2022 11:25 Mədəniyyət A A

Türkiyənin Bursa şəhərində düzənlənən Qorqud Ata Türk Dünyası Film Feativalının bağlanış mərasimində Türk dünyasının məşhur sənətçisi, Türkiyə filmlərinin usta oyunçularından biri Türkan Şoray da iştirak edib.

Türk dövlətlərinin mədəniyyət nazirləri daxil, bütün zalın ayaq üstə qarşıladığı böyük sənətkar ön sırada yer alıb. Mükafatların təqdimat mərasimində çıxış edən Türkan Şoray hələ sovetlər dönəmində Azərbaycan və digər türk respublikaları ilə bağlı xatirələrini bölüşüb, kino sənətinin birgə inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini verib.

Tədbir yekunlaşarkən usta sənətçi pərəstişkarları və media nümayəndələrinin əhatəsinə düşüb, avtomobilinə yetişənədək foto çəkdirənlər, sorğu ünvanlayanlarla qarşılaşıb. Çətinliklə də olsa, “Yeni Müsavat” olaraq “səddi” aşa bildik və uşaqlığımızdan filmlərini sevə-sevə izlədiyimiz Deva sənətçi ilə bir neçə kəlməlik ünsiyyət imkanı qazandıq. Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın onun barəsində sevə-sevə danışdığını söylədikdə çox məmnun qaldı, “mənim də Zeynəb xanıma salamlarımı çatdırın, onu çox sevdiyimi söyləyin” - cavabında bildirdi. Həmçinin Azərbaycana salam və sayğılarını ifadə etdi.

“Sevgili azərbaycanlıları çox sevirəm” deyən Türkan Şoray 2023-cü ildə Şuşada düzənlənəcək 3-cü Türk Dünyası Film Festivalına qatılmaq arzusunda olduğunu da ifadə etdi “inşallah” deyərək.

Elşad Paşasoy,
Musavat.com
Bursa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR