İnsanlara hürriyət, millətlərə istiqlal!

Tunyandan Zelenski AÇIQLAMASI 

670 26.02.2024 15:03 Region A A

“Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfəri ilə bağlı məndə məlumat yoxdur. Güman edirəm ki, bizim fraksiyamızın digər deputatları da bu məlumata sahib deyillər”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Babken Tunyana məxsusdur.

Tunyan Zelenskinin Ermənistana səfərini “inanılmaz” hesab etmədiyini, eyni zamanda belə bir səfərlə bağlı hələlik rəsmi açıqlamanın olmadığını vurğulayıb.

Vladimir Zelenskinin İrəvana mümkün səfərinin Ermənistana problem yaradıb-yaratmayacağı barədə suala deputat cavab verməyib. O, özünü geosiyasi hadisələr üzrə böyük ekspert hesab etmədiyini vurğulayıb.

“Mən müsbət və ya mənfi nəticələri qiymətləndirmək istəmirəm. Axı Ukrayna prezidenti başqa ölkələrin liderləri kimi seçilmiş liderdir, əgər xüsusi qadağa olmasa, o zaman Ermənistana səfər edə bilər”, - deyə Tunyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR