İnsanlara hürriyət, millətlərə istiqlal!

TRIPP resepti: “Ermənistan sərhədçiləri masanın altında gizlənsin”

799 16.01.2026 16:34 Dünya A A

TRIPP layihəsi ilə bağlı Ermənistan daxilində yaranan narahatlıq təkcə siyasi tənqidlər deyil, həm də satira doğurmağa başlayıb. Ermənistanda revanşist dairələrdə ABŞ-Ermənistan razılaşmasında istifadə olunan “front–office / back–office” modeli “azərbaycanlılar qarşıda xidməti görür, erməni sərhədçilər isə arxa otaqda möhür vurur” kimi təqdim olunur.

Musavat.com xəbər verir ki, bunlardan biri siyasi şərhçi, Stanford Universitetinin doktoru Artur Xaçikyandır.

Xaçikyan buna daha da ironiya qataraq sosial şəbəkələrdə belə yazıb:

“Azərbaycanın “erməni sərhədçinin görünməməsi” şərtini yerinə yetirmək üçün fantastik həll tapılıb. Azərbaycanlıların pasportunu ön ofisdə amerikalılar yoxlayacaq, ermənilər isə arxa otaqda gizlənəcək. Mən daha sadə həll təklif edirəm - qoy sərhədçilər masanın altında gizlənsin”.

Artur Xaçikyan bununla kifayətlənməyərək alternativ “həll yollarını” da sadalayıb:

“Erməni sərhədçini şkafa qoymaq və qapıda kiçik deşik açmaq

amerikalı əməkdaşın pasportu masanın altında “gizli şəkildə” göstərməsi”

“erməni sərhədçini Las-Veqas hotelinin qəbul geyiminə salmaq”.

Bu ironiyanın hədəfində Ermənistan hakimiyyətinin təqdim etdiyi mexanizmin mahiyyəti durur: Ermənistan suverenliyinin “formal”, amerikalı operatorun isə “real” funksional tərəf olduğu iddiası.

Bu satirik ton isə bir şeyi göstərir: ölkədə TRIPP artıq təkcə siyasi yox, həm də psixoloji məsələdir - erməni revanşist düşərgəsi özünəməxsus şəkildə həm gülür, həm narahat olur.

Ancaq burada diqqət çəkən ikinci detal da var: Ermənistan içindəki revanşist kəsim bu məsələni sanki tam yeni və görünməmiş hadisə kimi təqdim edir. Halbuki Ermənistanın xarici sərhədlərini bu günə qədər elə rus sərhədçiləri qoruyub, pasport və möhürləri də onlar vurub. Bu model həm hava limanlarında, həm də sərhəd məntəqələrində uzun illər işləyib. Lakin TRIPP tənqidçiləri nədənsə həmin faktı dilə gətirmir, üstündən səssizcə keçir və sanki indi ilk dəfə “suverenlik mövzusu” yadlarına düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR