İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın məhkəməsi başlandı: 136 illik həbs cəzası ala bilər

338 15.04.2024 21:11 Dünya A A

Bu gün Nyu-Yorkda Donald Trampa qarşı pornoulduz Stormi Danielsə pulköçürmələrini gizlətmək işi üzrə məhkəmə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Tramp ABŞ tarixində cinayət mühakiməsinə cəlb edilən ilk eks-prezidentdir.

Bir il əvvəl Manhetten prokurorları Trampı keçmiş pornoaktrisa Stormi Danielsə 130 min dollar ödəmə faktını gizlətmək üçün sənədləri saxtalaşdırmaqda ittiham ediblər. Daniels iddia edir ki, o, iş adamı ilə 2006-cı ildə xeyriyyə qolf turnirində tanış olub və Trampın arvadı Melani ilk dəfə uşaq dünyaya gətirəndə onunla gizli intim münasibətdə olub. Pornoaktrisa Donald Trampın 2016-cı il seçki kampaniyası zamanı münasibəti ictimailəşdirməklə hədələyib. İttihama görə, onun susması üçün Trampın seçki fondundan 130 min dollar ödənilib.

Pulu keçmiş pornoaktrisaya məhkəmədə ittiham tərəfinin şahidi kimi çıxış edəcək Trampın keçmiş vəkili Maykl Koen verib. Bu xərclər hüquqi xidmət haqqı kimi qeydə alınıb. Donald Tramp Danielslə intim münasibəti, həmçinin seçki fondlarından qeyri-qanuni istifadə faktını inkar edir.
İttiham aktı susmağa görə pulun ödənməsindən deyil, Trampın seçki kampaniyası zamanı özü haqqında mənfi məlumatların qarşısını almaq üçün 2015-ci ilin avqustundan 2017-ci ilin dekabrına qədər 34 dəfə ödənişlər edib, maliyyə sənədlərini saxtalaşdırması ilə bağlıdır. 34 işin hər biri 4 ilə qədər - ümumilikdə 136 ilə qədər həbslə cəzalandırıla bilər. Danielsdən başqa, işdə Trampın 2006-2007-ci illərdə görüşdüyü iddia edilən Playboy modeli Karen Makduqal və Trampın keçmiş xadiməsi ilə bir uşağın doğulması ilə nəticələnən münasibətindən xəbəri olduğunu iddia edən Trump Tower otelinin keçmiş qapıçısı Dino Sajudin də var.

Məhkəmənin necə bitməsindən asılı olmayaraq, Donald Tramp yenə də prezidentliyə namizədliyini irəli sürə biləcək. ABŞ Konstitusiyasında dövlət başçısı vəzifəsinə namizəd üçün yalnız üç tələb var: onun ən azı 35 yaşı olmalıdır, ABŞ-da anadan olmalıdır və ən azı 14 il orada yaşamalıdır.
Siyasətçinin seçki qərargahı bildirib ki, ittihamlar Donald Trampın yeni seçki kampaniyasına mane olmaq üçün uydurulub. Eks-prezidentin özü də vurğulayıb ki, Nyu-Yorkda seçicilərin əksəriyyətinin demokratlar olduğunu nəzərə alsaq, ədalətli mühakimə gözləmir.
Aprelin 15-də başlayan məhkəmə prosesinin ən azı altı həftə davam edəcəyi, ilk həftələrin 12 andlı iclasçının seçilməsinə həsr olunacağı gözlənilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR