İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ağ Evə qayıtması reallığa çevrilir – Kiyevi hərbi dəstəkdən məhrum etmək üçün…

567 11.03.2024 15:57 Dünya A A

Macarıstanın baş naziri Viktor Orban martın 8-də ABŞ-nin keçmiş prezidenti Donald Trampla onun Floridadakı malikanəsində görüşüb. Bu görüşlə əlaqədar jurnalistlərin suallarını cavablandıran V.Orban bildirib ki, D.Trampın Ukraynadakı münaqişəyə son qoymaq planları var. O, bu planların mahiyyəti haqqında danışmaq səlahiyyətinə malik olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürən D.Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.

D.Trampın prezident seçkilərində qələbə qazanmaq şansı varmı? Doğurdanmı o, Rusiya-Ukrayna müharibəsinə son qoymaq iqtidarındadır? Ukraynadakı hərbi əməliyyatların maliyyələşdirilməsinin dayandırılması bu ölkə üçün nə deməkdir? “Kollektiv Qərb” belə bir addım ata, Kiyevi hərbi-siyasi dəstəkdən məhrum edə bilərmi?

Musavat.com-un xəbərinə görə, Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli mövzu ilə bağlı Medianews.az-a bildirib ki, D.Trampın Ağ Evə qayıtması reallaşmaq üzrədir. Onun qənaətincə görə, D.Tramp məsələsi iki güc mərkəzi arasındakı qarşıdurmada bəlli nöqtələri özündə ehtiva edir: “Hazırkı prezident Co Baydendən sonra ABŞ-nin həm Yaxın Şərq siyasətinin, həm də Avropadakı mövqeyinin nədən ibarət olacağı mühüm məsələdir. Mənə elə gəlir ki, Avrasiyanın Çin olmadan, yəni Şərqi Asiyasız razılaşdırılması ehtimalları nəzərdən keçirilir. Burada ümumi detallar Rusiya ilə ABŞ-nin sülh əldə etmək, bu barədə razılığa gəlmək planlarını özündə əks etdirir. Bu mənada Macarıstanın baş naziri Viktor Orban kimi adamın seçilməsi və bütün dövrləri əhatə edəcək addımı, gələcəyi müəyyənləşdirmək naminə məhz onun ABŞ prezidentliyinə gələcək namizəd və böyük ehtimal Ağ Ev sahibi olacaq Donald Trampla görüşməsi, danışması, ardınca mediaya açıqlama verməsi, jurnalistlərin suallarını cavablandırması ciddi məqamları üzə çıxarır. Bu, Donald Trampın seçkiöncəsi təbliğat kampaniyasına böyük dəstək veriləcəyinin də anonsu hesab oluna bilər”.

Ekspert deyib ki, artıq Kiyevin hərbi dəstəkdən məhrum olunması istiqamətində müəyyən işartılar görünür: “Donald Trampın ABŞ-nin yeni prezidenti seçilməsi şansı yüksəkdir. Müharibənin Rusiya-Ukrayna hissəsinin başa çatmasına imkan verəcək addımların atılmasına da o, müəyyən imkanlar yarada bilər. Ona görə də indidən Kiyevin hərbi dəstəkdən məhrum olmasının “çalxantıları” var. Almaniyanın raketlərlə bağlı kəşfiyyat məlumatlarının mediaya sızması, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya ordu göndərməklə bağlı addımları uca səslə bəyan etməsi, Böyük Britaniyaya aid muzdluların orada əsgəri xidmət keçməsi kimi məsələlər çox ciddi problemlərdən xəbər verir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR