İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Baydenə narkotik ittihamı- Debatdan əvvəl...

422 19.06.2024 13:31 Siyasət A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, CNN-də iyunun 27-də keçiriləcək debatdan əvvəl hazırkı prezident Co Baydenin ictimaiyyət qarşısında dayanması üçün narkotik qəbul edəcəyini söyləyib.

“Onu debatlar öncəsi yaxşıca qızışdıracaq və gücləndirəcəklər”, - deyə Tramp Viskonsin ştatında tərəfdarlarına deyib.

Musavat.com xəbər verir ki, eks-prezident ötən il Ağ Evin qərb qanadında narkotik maddələrin tapılması hekayəsini xatırladıb və onların Baydenə aid ola biləcəyini qeyd edib.

ABŞ rəsmiləri və mediasının məlumatına görə, narkotik 2023-cü ilin iyul ayında Ağ Evin Qərb Qanadında, işçilərin və ziyarətçilərin cib telefonlarını saxlamaq üçün qoyub getdikləri yerdəki şkafda aşkar edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR