İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa sui-qəsd cəhdindən sonra Bayden Texas səfərini təxirə salıb

432 15.07.2024 01:57 Dünya A A

ABŞ prezidenti Cozef Bayden ölkənin keçmiş lideri Donald Trampın Pensilvaniyada keçirilən mitinqdə atəşə tutulmasından sonra iyulun 15-nə planlaşdırılan Texas səfərini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident əvvəlcə bazar ertəsi, iyulun 15-nə planlaşdırılan Texas səfərinin vaxtını dəyişdirir”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Bayden milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirib və ona Trampa sui-qəsd cəhdi ilə bağlı yeni məlumatlar verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR