ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı ictimai qolf meydançalarını təmir etməyi planlaşdırdığı barədə xəbərlər fonunda onların icarəsini ləğv edib.
Musavat.com xəbər verir ki, məlumatı idarəetmə şirkəti National Links Trust açıqlayıb. Bildirilir ki, icarə müddəti 50 il idi. Təşkilat Tramp administrasiyasının onun icarə şərtlərini pozduğuna dair ittihamlarını rədd edib.
Qeyd edək ki, bundan The Wall Street Journal yazmışdı ki, Trampın ictimai meydançaları təmir etmək planları Vaşinqton qolf icmasında narahatlıq doğurub. Onlar meydançaların dünya səviyyəli standartlara uyğunlaşdırılmasının xərcləri artıra və sakinlər üçün əlçatanlığı azalda biləcəyini bildirirlər.
Musavat.com






