Prezident Donald Tramp yeni bir paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, o, Truth Social-da ABŞ-ın düşmənlərinə xəbərdarlıq edib.
Süni intellektdən istifadə edilərək yaradılan görüntüdə Trampın, ehtimal ki, təyyarədaşıyan gəmidə durub durbinlə gəmilərə və qırıcı təyyarələrə baxdığı görünür.
Şəkil “Sizi diskombombalayacaqlar” cümləsi ilə müşayiət olunur.
24 yanvarda New York Post qəzetinə verdiyi müsahibədə Tramp iddia edib ki, Venesueladakı əməliyyat zamanı ABŞ ordusu müzakirəsinə icazə verilməyən və "qarışıqlıqdan çıxaran" adlandırdığı gizli silahdan istifadə edib. Daha sonra o, NBC News-a verdiyi müsahibədə bu adı özü icad etdiyini və bununla çox fəxr etdiyini etiraf edib.
Musavat.com






