İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp müharibənin ŞOK səbəbini AÇIQLADI - Zelenskinin Ofisi HƏRƏKƏTƏ KEÇDİ

1298 12.01.2025 09:50 Dünya A A

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bir müddət öncə öz çıxışlarından birində bildirib ki, Rusiya Ukraynanın NATO-ya qoşulmaq istəyinə cavab olaraq bu ölkəyə hücum edib.

Musavat.com xəbər verir ki, Volodimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Trampın sözügedən reaksiyasına münasibət bildirib.

Podolyak FREEDOM televiziya kanalına müsahibəsində qeyd edib ki, Rusiyanı müharibəyə təhrik edə biləcək heç bir konsepsiya və siyasət (nə NATO, nə də digərləri ilə bağlı) yoxdur:

“Rusiya müharibəyə həmişə hazır olub. Onun üçün müharibədən kənar mövcudluq mümkün deyil. Yəni gec-tez həmişə ekspansionizmə çevrilir - NATO bazalarını hardasa yerləşdirəcəksiniz, ya yox - bundan asılı olmayaraq”.

Mixail Podolyak xatırladıb ki, Finlandiya 2023-cü ildə NATO-ya rəsmi üzv olub:

“Nəticədə NATO-nun Rusiya ilə olan sərhədi 1400 kilometr genişləndi. Lakin Rusiya NATO-ya daxil olan ölkələrə yox, neytral və qeyri-nüvə statusuna malik Ukraynaya hücum edir”.

Bundan əlavə, Podolyak qeyd edib ki, bu müharibə çoxdan başlayıb, lakin müxtəlif formatlarda - qaz, soyuq, informasiya formatında aparılıb:

“Hələ 2000-ci illərin əvvəllərində Rusiya Tuzla adasını (Kerç boğazında yerləşən ada - red.) zəbt etməyə cəhd göstərmişdi. Rusiya həmişə bu bölgəyə hücum etmək istəyib. Bunun NATO ilə heç bir əlaqəsi yoxdur. Rusiya postsovet məkanı üzərində nəzarəti bərpa etmək istəyir”.

Podolyakın sözlərinə görə, bu məsələdə NATO mövzusunun reallıqla heç bir əlaqəsi yoxdur. O, xüsusilə Ukraynanın alyansa qoşulmaq danışıqlarını hələ 2008-ci ildən ABŞ və Almaniya kimi ölkələr tərəfindən bloklandığını xatırladıb.

Podolyak proqnozlaşdırır ki, Moskva postsovet məkanındakı ölkələrə hücumlarını müxtəlif formalarda davam etdirəcək.

“Kreml Belarus üzərində tam nəzarət qurub, oxşar bir yanaşmanı Moldova, Gürcüstan kimi ölkələrdə də həyata keçirmək istəyir. Bu səbəbdən NATO-nun Şərqə genişlənməsi, bazaların yaradılması, Ukrayna ilə alyansa daxil olmaq barədə danışıqlar aparılması kimi məsələlər müharibənin səbəbi deyil. Müharibənin səbəbləri tamamilə fərqlidir. Buna görə də Rusiya ilə müharibəyə səbəb ola biləcək mövzular deyil, mübahisələrin zorakılıq yolu ilə həll olunmasını dayandırmaq barədə danışmaq lazımdır. Bu, Rusiya Federasiyasının əsas problemidir. Rusiya bu müharibədə məğlub olmadıqca, zorakı xarici siyasət konsepsiyası davam edəcək. Ona görə də məğlubiyyət Rusiyanın Şərqi Avropa ölkələrində zorakı davranışlarından bir müddətlik uzaqlaşmasına səbəb ola bilər”, - Prezident Ofisi rəhbərinin müşaviri yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR