İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İrana zərbə ilə bağlı qərarı özü verdiyini açıqladı VİDEO

934 16.01.2026 23:07 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana mümkün zərbə məsələsi ilə bağlı verdiyi qərara heç kimin təsir göstərmədiyini bildirib.

Trampın sözlərinə görə, onu bu addımdan çəkindirməyə çalışan olmayıb və qərarı özü verib. O qeyd edib ki, bu mövzuda hər hansı təzyiq və ya təkid olmayıb, bütün məsuliyyəti şəxsən öz üzərinə götürüb. 

ABŞ prezidentindən həmçinin İranda hökumət əleyhinə aksiyalarda iştirak edənlərə yardımın artıq yolda olması ilə bağlı əvvəlki açıqlamasının qüvvədə qalıb-qalmadığı soruşulub.

Bu suala Tramp qısa cavab verərək bildirib ki, məsələ ilə bağlı vəziyyətə baxılacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR