İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Baydenlə futbola baxmaq istəyir

434 04.07.2026 08:22 Dünya A A

ABŞ prezidenti Donald Tramp sələfləri Corc Buş, Barak Obama və Co Baydenlə birlikdə Ağ Evdə Amerika futbol oyununu izləməyi təklif edib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə vitse-prezident J.D.Vensin xanımı Uşi Vensin aparıcılığı ilə keçirilən podkastda danışıb: "Bəlkə Barak Hüseyn Obama və Co Baydeni Buşlar və ya Buşlarla birlikdə dəvət edim? Bəlkə də bu insanlardan bəzilərini futbol oyununu izləməyə dəvət etməliyəm?"

Söhbət zamanı Tramp və ABŞ vitse-prezidenti C.D. Vensin həyat yoldaşı Ağ Ev Tarix Assosiasiyası tərəfindən nəşr olunan "Prezidentlər oynayır" adlı uşaq kitabına nəzər salıblar: "Bu, yaxşı bir hekayə olardı. Mətbuat dəli olardı".

Keçmiş ABŞ prezidentlərinin hobbiləri haqqında kitab oxuyarkən hazırkı Amerika lideri Ağ Evin ərazisində qolf oynamadığını, çünki insanların onu oynayarkən deyil, işləyərkən görməsini istədiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR