İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Baydenin hərəkətləri nüvə müharibəsi riskini artırır

342 06.06.2024 16:22 Dünya A A

ABŞ prezidenti Co Baydenin hərəkətləri ABŞ-ı heç vaxt çıxa bilməyəcəyi nüvə müharibəsinə sürükləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu cümlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən “Fox News” telekanalının efirində səslənib.

Trampın fikrincə, Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Tsinpin və Şimali Koreya lideri Kim Çen In Baydendən qat-qat ağlıllıdırlar.

Tramp, həmçinin Baydenin ABŞ üçün ən böyük təhlükənin iqlim dəyişikliyi olduğu fikri ilə razılaşmayıb. “Mənim üçün vacib olan yeganə qlobal istiləşmə nüvə silahları səbəbindən iqlim dəyişikliyidir. Çünki bu, daha realdır”, - deyə Tramp vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR