İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda gənclərin ovu faciə ilə bitdi

972 21.10.2023 14:55 Hadisə A A

Tovuzda bədbəxt hadisə baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Böyük Qışlaq kəndində qeydə alınıb.

26 yaşlı kənd sakini Turan Rüstəmov aldığı güllə yarasından ölüb. İlkin məlumatına görə, silahla ehtiyatsız davrandığından əlində açılıb, hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Baş Prokurorluqdan bildirilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR