İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev Azərbaycana nə verdi, Bakıdan nə ilə getdi?

8265 25.08.2022 10:22 Gündəm A A

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına bir günlük rəsmi səfəri (24 avqust 2022) başa çatdı.

Səfərin praktik sonuclarını sıralamağa çalışaq:

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalayıb;

tk1.jpg (105 KB)

Prezidentlər “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı da imzalayıb;

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram” imzalanıb;

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı” imzalanıb;

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb;

tk2.jpg (142 KB)

Eləcə də,

“Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”,

“Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,

“Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”,

“ADA Universiteti ilə Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Memorandum”,

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “QazaqGas” Milli Şirkət” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”,

“Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” Səhmdar Cəmiyyəti ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Memorandum”,

“AZƏRBAYCAN RESPUBLİKASININ ŞUŞA ŞƏHƏRİ və QAZAXISTAN RESPUBLİKASININ TÜRKÜSTAN ŞƏHƏRİ ARASINDA QARDAŞLAŞMIŞ ƏLAQƏLƏRİNİN QURULMASI HAQQINDA PROTOKOL”,

“Azərbaycan Respublikasının Mingəçevir şəhəri və Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum”,

“Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum”,

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”,

“Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş”,

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”,

“Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti, “Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”,

“Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti, “Cool Infinity” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Foodcity Alliance” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”,

“KTZ Express Hong Kong Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ADY Container” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tərəfdaşlıq haqqında Saziş” imzalanıb;

İlham Əliyevə "Qızıl qartal” təqdim edildi

Azərbaycan Prezidenti Qazaxıstanın ən yüksək ordeni ilə – “Altın qıran” -“Qızıl qartal”la təltif olunub;

Əliyev və Tokayev Bakıda bu il avqustun 1-də açılmış “Qazax yurtası” (“Qazax çadırı”) ilə tanış olub. (“Qazax yurtası”nda qardaş ölkənin turizm potensialı tanıdılır. Tanıtım aksiyası avqust ayının sonunadək davam edəcək);

Azərbaycan və Qazaxıstan prezidentləri Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar

Qardaş ölkənin “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi Prezidentlərə təqdim olunub.

(Ermənistan işğalından 2 il öncə azad olunmuş Füzuli şəhərində tikiləcək Yaradıcılıq Mərkəzinin tikintisinin layihəsi Qazaxıstan Prezidentin şəxsi tapşırığı əsasında hazırlanıb. Artıq 2 ha. ərazidə məkan müəyyən edilib; orada çağdaş memarlığa və Füzuli şəhərinin baş planına uyğun binalar, amfiteatr inşa ediləcək. Qazax xalqının və dövlətinin Azərbaycana qardaşlıq hədiyyəsi olacaq Mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür ortam olacaq)…

Hər iki ölkənin KİV-ləri, sosial şəbəkələrin Azərbaycan və Qazaxıstan seqmenti qarşılıqlı övgülər, bilgilər, umudlarla, qanadlanmalar, üfüqlənmələrlə aşıb-daşır..

Nəhayət, bu səfər bir daha sübut etdi ki, KTMT-yə, mtmt-yə-zada, heç nəyə və heç kimə baxmayaraq,
QARDAŞ QARDASDI, QARDAŞ! Bizim əsas əziz təşkilatımız TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATIdır. Bizim birimizin imkanımız o birimizin imkanı deməkdir. Yolumuz da var, taxılımız da, neftimiz də… Sevdamız da var, peşəkarlığımız da… Qayğılarımızı etiraf etməyi də, birgə çözüm ürətməyi də bacarırıq.

Bəli, “Biz strateji tərəfdaşlarıq, müttəfiqlərik.”
(Kasım-Jomart Tokayev);

Bəli, “xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.” (İlham Əliyev).

Ulu bilginlərimiz demiş, Ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuz qutlu olsun!

P.S.Qardaş Qazaxıstanın dövlət başçısının Azərbaycana rəsmi səfərindən bir gün öncə, qərargahı Qazaxıstan paytaxtında yerləşən Xalqlararası Türk Akademiyası çox önəmli duyuru yayınlamışdı. Belə ki Akademiyanın Monqolustan Elmlər Akdemiyası Arxeologiya İnstitutu ilə birgə Ötükən bölgəsində (Xanqay silsiləsində) apardığı elmi axtarışlar sonucunda KÜLTİGİN və BİLGƏ Xaqanın atası İLTƏRİŞ QUTLUQ Xaqanın gorgahının (və yazılı anıtının) tapıldığı duyurulmuşdu…

Səfər günü Azərbaycanın Laçın şəhəri, Zabux, Sus kəndlərində qanunsuz məskunlaşdırılmış hayların oralardan biryolluq rədd olması, ‘Dəmir Yumruq” heykəlinin Laçın şəhərinə çatdırılması və sülhməramsızların “dəhliz”dəki postlarının sökülməsinə dair videolar, fotolar tirajlandı!..

Səfərsonrası günlərimiz də müstəqil dövlətlərimizin, türk qardaşlığının, türk dövlət ağlının, Turan bilgələrinin nəyə qadir olduğuna
dair yeni müjdələrlə süslənər,inşallah.

Əkbər QOŞALI,
Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı

Əkbər Qoşalı təltif olundu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR