İnsanlara hürriyət, millətlərə istiqlal!

Toivo Klaardan Brüssel anonsu

952 14.10.2023 08:48 Gündəm A A

Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşünün müsbət gündəliyini möhkəmləndirmək vacibdir. Musavat.com-un məlumatına görə, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar X sosial şəbəkəsində yazıb.

“Bakıdan və İrəvandan qayıtdım, burada münasibətlərin hərtərəfli normallaşması istiqamətində növbəti addımları müzakirə etdim. Azərbaycan və Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu mövqenin ayın sonunda Brüsseldəki yüksək səviyyəli görüşdə möhkəmləndirilməsi gözlənilir”, Klaar əlavə edib.
Qeyd edək ki, oktyabrın sonunda İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR