İnsanlara hürriyət, millətlərə istiqlal!

"Titanik"dən illər sonra görün NƏ TAPILDI - Batma SƏBƏBİ BU İMİŞ...

4943 17.08.2023 02:41 Maraqlı A A

“Titanik” filmini izləyənlərin fəciəli qəza haqqında az-çox məlumatı vardır. Bəs qəzanın texniki hissəsinə və mənəvi iç üzünə dair nələr bilirik?

Referans.az Titanikin batmasından sonra tapılan ən nadir və qeyri-adi əşyaları təqdim edir.

Titanik dövrünün ən böyük gəmisi idi. Təxminən 275 metr uzunluğunda və hardasa 50 min ton ağırlığında idi. 10 aprel 1912-ci ildə yeni bir mülki dənizçilik dövrünü başlatmaq üçün Saouthampton limanından ayrılıb. Göz oxşayan avadanlıqları və dekorasiyası ilə sıradan bir buxarlı gəmidən daha yaxşı üzən lüks bir otelə bənzəyirdi. Müasir su keçirməz divarları və güncəlləşdirilmiş su boşaltma sistemi insanlara “Titanik”in batmasının imkansız olduğunu düşündürürdü. Ancaq çox qısa bir müddətdən sonra bunun nəhəg bir yanlışlıqdan başqa bir şey olmadığı orataya çıxdı.

14 aprel 1912-ci ildə radio operatorları bölgədəki digər gəmilərdən bir neçə buz xəbərdarlığı almasına baxmayaraq Titanik bütün sürəti ilə qaranlıqda hərəkət etməyə davam edirdi. Gecənin irəliləyən saatlarında İngiltərənin “The White Line” şirkətinin ən böyük qüruru bir buz dağına çırpıldı və bir neçə saat içərisində Atlantik okeanının dondurucu sularının dibinə batdı. Gəmidə olan 2200 nəfərdən çox insandan sadəcə 700-ə qədəri xilas ola bildi. Gəminin qalıqları 70 ilə yaxın bir müddətdə okeanının dibində dərin bir yuxuda idi. Nəhayət 1985-ci ildə qalıntıların yeri tapıldı və fəlakətin yaşandığı günə dair sirrlər ortaya çıxmağa başladı.

Kaman

Titanikdə olan musiqi qrupunun ürək dağlayan hekayəsini bir çoxunuz eşitmisiniz. Bəs hansınız gəmi batarkən çalmağa davam edən kamançı hekayəsini bilirdiniz? 8 nəfərlik qrup okeanın buzlu sularında batmağa məhkum olan bir çox kişi, qadın və uşaqları bir az da olsun rahatlaşdırmaq üçün dünyadakı son saatlarında canını heçə saydı. Qaçınılmaz son bir neçə dəqiqə irəlidə idi və sərnişinlərin çoxu təlaşlanmağa başlamışdı. Həmin musiqi qrupu isə sərnişinləri sakitləşdirmək üçün əllərindən gələni ediblər. Musiqi gəmidəki insanları sakitləşdirməyə kömək edib və son anlarını bir az daha asanlaşdırıb. Qəzadan xilas olan bir çox insan musiqiçilərin son ana qədər çalmağa davam etdiklərini bildirib.

Mələk heykəli

Bir zamanlar Titanikin görkəmli pilləkənlərini bir mələk heykəli daha da cəlbedici edirdi. Bu mələk James Cameron-un rekordlar qıran “Titanik” filmi ilə daha da məşhurlaşdı. Ancaq bəzi insanlar üçün bu dini fiqurun çox daha dərin bir mənası var. Gəminin ilk səyahəti yaxınlaşarkən Tanrının belə Titaniki batıra bilməyəcəyi iddiaları yayılmağa başlamışdı. Lakin bunun şirk qoşmaq məqsədi ilə bəzi insanların bilərəkdən etdiyi ortaya çıxdı. Filmdəki mələk sıx-sıx originalı ilə qarışdırılır. Daha kiçik bir ölçüyə sahib həqiqi mələk isə 1987-ci ildə bir axtarış zamanı dağıntılar altından xilas edildi və sərgiyə qoyuldu.

Həyəcan zəngi

14 aprel 1912-ci ildə gözətçi Fredrik Flitin gəminin qarşısında olan buz parçasını gördü. Flit dərhal həyəcan siqnalını çaldı və ardınca təhlükə hesabatı verdi. Bu hadisədən bir neçə il sonra Titanikin sonunun xəbərçisi olan zəng təkrar gün işığına çıxdı. Hazırda isə İngiltərədə bir muzeydə sərgilənir. Digər bütün ekipaj üzvünün əksinə Fredrikin qəzadan sağ çıxması şans əsəri deyildi. Bunu onu xilas edən 6 nömrəli cant qurtaran botuna borclu olduğunu bildirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR