İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok” Azərbaycanda bu halda bağlana bilər

1429 08.07.2022 08:10 Texnologiya A A

Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada “TikTok”a ancaq xüsusi VPN vasitəsilə daxil olmaq mümkündür

Çinin yaratdığı “TikTok” platforması bu ölkənin özündə ciddi qadağa altındadır. Çin azyaşlıları bu platformadan qoruyur. Məsələn, böyüklər gecə 22:00-dan səhərə kimi “TikTok”a girə bilmir. Bu müddətdə beyin dincəlməlidir və istənilən sosial şəbəkə zərərlidir. Çin də bunu gözəl anlayır. Gecə yarıya kimi “TikTok”da vurnuxan insanın gündüz normal iş qabiliyyətinin olması mümkün deyil.

Bakupost.az xəbər verir ki, Çin hökuməti uşaq və yeniyetmələrin “TikTok”a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var.

Hindistanda isə “TikTok”, ümumiyyətlə, açılmayıb. Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada “TikTok”a ancaq xüsusi VPN vasitəsilə daxil olmaq mümkündür.

Dünyanın bir çox alimləri də artıq “TikTok”la bağlı narahatlıqlarını bildirir.

“TikTok”a baxanda insanın gözü qarşısında 15 saniyənin içində bir neçə, hətta 10 şəkil görüntü dəyişir. Dəyişən şəkillər və görüntülərə baxdıqca insanın emosiyaları da dəyişir. Sürətlə dəyişən emosiyalar beyinin sağ yarımkürəsini iflic hala gətirir. Beyin nəyi, necə qavrayacağını çatdıra bilmir. Bu səbəbdən beyində neyronlar arasında əlaqəsiz rabitəsizlik başlayır.

Bir dəqiqə ərzində çoxsaylı görüntüyə baxan insanda “klip düşüncə” psixoloji halı formalaşır. Çində 3500 məktəbli arasında aparılan tədqiqat göstərib ki, “klip düşüncə”yə malik uşaqlarda riyaziyyatda geriləmə, stress, əsəb, yuxu pozğunluğu, yaşına uyğun olmayan gerilik, düşüncə əskikliyi yaranıb.

Bundan qorxuya düşən alimlər, ümumiyyətlə, uşaqlara “TikTok”un qadağan olunmasını irəli sürüblər.

Onlar hesab edir ki, azyaşlı uşaqların beyni və düşüncəsi hələ formalaşma ərəfəsində olduğu üçün “TikTok”un təsiri fəciəvi olacaq.

Azərbaycanda da “TikTok” çox populyardır. Demək, bütün bu zərərlər həm də bizə aiddir. Nə edək?

Texnobloger Tariyel Ağazadə "Facebook"la bağlı maraqlı açıqlamalar verdi. -  YouTube

Texnobloger Tariyel Ağazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda “TikTok”un bağlanma ehtimalı yoxdur: “Ölkədə, ümumiyyətlə, heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmur. Elə platformalar var ki, uşaqlara sosial şəbəkədən daha çox ziyan vurur. Məsələn, videooyunlar. Lakin hər hansı ölkədə bu oyunların qadağan olunması qeydə alınmayıb. Yalnız bir dəfə Hindistanda uşaqları aqressiv etdiyinə görə ”PUBG" mobil oyununa məhdudiyyət qoyulmuşdu.  Hər hansı sosial şəbəkənin Azərbaycanda, yaxud başqa ölkədə qadağan olunması yalnız iki halda mümkün ola bilər: “TikTok”un ölkəmizdə fəaliyyətinə dövlət qadağa qoya bilər. Dövlət təhlükəsizliyinə təhlükə yarandıqda, deyək ki, sözügedən platforma Çində yaradılıb, Çin başqa ölkə ilə bağlı məxfi məlumatları ələ keçirməyə çalışarsa, bu, aşkara çıxarsa, platforma bloklana bilər. Yeri gəlmişkən, “TikTok” Azərbaycanda gəlirli platforma olduğu üçün məhdudlaşdırılması ehtimalı həm də bu baxımdan aşağıdır. Əksinə, düşünürəm ki, gələcəkdə “TikTok”un ölkəmizdə ofisi açıla bilər".

Qızara bilməyən qızlar | TVPress

Sosioloq Lalə Mehralı mövzunu şərh edərkən bildirdi ki, sosial şəbəkələr böyüklər üçün nəzərdə tutulub: “Sosial şəbəkələr uşaq beyni üçün deyil. Böyüklər, ümumiyyətlə, təhlükəni qəbul etmirlər, nəinki təhlükə barədə düşünsünlər. Yetkin insanlar belə məsələlərə etinasız yanaşırlar. Özlərini qorumaq iqtidarında olduğunu bildirirlər. Beynində baş verən proseslərdən xəbərdar olmadığı üçün bu cür düşünməsi normaldır. Zənnimcə, məhdudiyyətlər tətbiq olunmalıdır. Digər tərəfdən, insan üçün yaradılan hər vasitə rahatlıq da yarada bilər, çətinlik də. Fayda əldə etmək üçün istifadə edilən heç bir vasitə təhlükə yarada bilməz. Amma uşaqlar istisnadır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR