İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə Saakaşvilinin partiyasının ofisinə hücum olub

424 01.06.2024 15:09 Dünya A A

Gürcüstanda gecə saatlarında naməlum şəxslər ölkənin ən böyük müxalifət partiyasının ofisinə hücum ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, partiyanın ofisinin şüşələri sındırılıb, avadanlıqlara ziyan dəyib. Partiyadan bildirilib ki, vandal hücumda 100-ə yaxın adam iştirak edib.

“Yarım saatdan çox davam edən vandal hücumunda yüzə yaxın hücumçu iştirak edib... Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, partiyanın avadanlıqları zədələnib”., - siyasi partiyanın bəyanatında bildirilir.

Qeyd olunur ki, hücum edənlər dəyənəklərlə silahlanıb və partiya üzvlərini təhdid ediblər. Hücum ərəfəsində Tiflisdə digər müxalifət üzvlərinin yaşadığı binalarda təhqiramiz qraffitilər peyda olub.

Ölkənin Daxili İşlər Nazirliyi hələlik gecə baş verən insidentə münasibət bildirməyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR