İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibb dünyasını həyəcanlandıran MEYVƏ! - Xərçəng hüceyrələrini 4 saat ərzində MƏHV EDİR FOTO VİDEO

2889 15.12.2023 16:45 Yaşam A A

Məşhur həkim İbn Sinanın yaraları yumaq və yanıqları müalicə etmək üçün istifadə etdiyi zoğal meyvəsinin daha bir möcüzəvi təsiri üzə çıxıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, meyvəsindən yarpaqlarına, kökündən qabığına qədər faydalarla dolu olan zoğal ekstraktlarının xərçəng hüceyrələrini 4 saat ərzində məhv etdiyi müəyyən edilib.

Məlumata görə, Kornell Universitetində aparılan araşdırmada zoğal ekstraktlarının döş xərçəngi hüceyrələrinə təsiri araşdırılıb. Alimlər xərçəng hüceyrələrinin çoxunun 4 saat ərzində yoxa çıxdığının şahidi olublar.

Qeyd olunub ki, zoğal ağızda əmələ gələn və xərçəng kimi xəstəliklərə səbəb olan bakteriyaları azaltma xüsusiyyətinə malikdir. Zoğal hüceyrələri qoruyan antioksidanlarla zəngindir. Zoğalda olan antioksidanlar brokkolidən beş dəfə çoxdur. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR