İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə uçuş-enmə zolağında DONDU - VİDEO

1646 03.12.2023 19:51 Hadisə A A

Dubaydakı iqlim sammitinə getməli olan təyyarə güclü qar səbəbindən Münhen hava limanını tərk edə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.

Kadrlardan görünür ki, təyyarə donub və quyruğa doğru əyilib. Yanğınsöndürənlər təyyarəni normal vəziyyətə gətirmək üçün hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, ölkənin ikinci ən işlək hava limanı olan Münhen pis hava şəraiti səbəbindən bir neçə uçuşu dayandırıb.

Məlumata görə, ötən gün Almaniyanın cənubuna güclü qar yağıb. Bütün bölgədə ictimai nəqliyyatın hərəkəti dayanıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR