İnsanlara hürriyət, millətlərə istiqlal!

Teymur Musayev UNAIDS-in İcraçı direktoru ilə görüşüb FOTO

605 10.03.2023 17:17 Səhiyyə A A

Bu gün X Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) İcraçı direktoru, BMT-nin Baş katibinin müavini xanım Vinni Byanyima arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, Qlobal Bakı Forumunda iştirak etdiyinə görə UNAIDS-in İcraçı direktoruna təşəkkürünü bildirən Teymur Musayev Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini vurğulayıb.

X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima Forumun çox yüksək səviyyədə təşkil olunduğunu deyib. UNAIDS-in İcraçı direktoru Azərbaycanın AİDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

156a0925.jpg (6.92 MB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR