İnsanlara hürriyət, millətlərə istiqlal!

Təxribatçı qruplaşmaya ULTİMATUM: Azərbaycanın kəndləri qaytarılmazsa…

1494 11.03.2024 15:16 Gündəm A A

Rəsmi Bakı İrəvandan işğal altındakı 4 eksklav olmayan kəndin azad edilməsini tələb edir. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”, – deyə məlumatda qeyd olunub. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq. Baş nazirin ofisindən bildirilib ki, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.

Rəsmi Bakı Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan informasiyanı qəti surətdə təkzib edib. İşğalı altında olan kəndlərin dərhal azad olunması ilə bağlı Azərbaycanın tələbi Rusiya və Ermənistan mediasında ultimatum kimi qiymətləndirilib. Əgər Ermənistan bu tələbini yetirməsə, yaxud ənənəvi olaraq yubatmağa çalışarsa, Azərbaycan hansı addım ata bilər? Xankəndidə keçirilən qısamüddətli antiterror tədbirlərinin təkrarlanması gözləniləndirmi?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistan Azərbaycanın tələblərini istənilən halda yerinə yetirməli olacaq. Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti  Azərbaycan kəndlərinin geri qaytarılmasının vacibliyini dərk edir: “Onlar ölkəmizin bu məsələdə güzəştə getməyəcəyini yaxşı bilirlər. Rəsmi İrəvan bizim kəndlərimizin  qaytarılmaması ehtimalını düşünüb və buna görə Azərbaycanın atacağı hərbi addımlardan xəbərdardır. Ermənistanın Azərbaycana müqavimət göstərməsi ehtimalı da sıfıra bərabərdir. Avropa İttifaqı, ABŞ və xüsusilə, Fransanın Ermənistana hərbi dəstək vədlərinin bir illüziya olması faktdır. Artıq Ermənistan siyasi dairələri dövlətin Paşinyan hakimiyyəti tərəfindən ciddi təhlükəyə atıldığını etiraf ediblər”.

Politoloq əlavə edib ki, rəsmi İrəvan Azərbaycanla müharibənin Ermənistan dövlətçiliyinin sonu olduğunu bilir: “Ermənistanın “dəstəkçiləri” ona təhlükəsizlik təminatı verməyib. Yəni, Cənubi Qafqazda baş verə biləcək savaşa hər hansı bir dövlət müdaxilə edə bilməz. Bu situasiya Paşinyan hakimiyyətini Azərbaycan kəndlərini qaytarmaq məcburiyyətinə sövq edəcək. Azərbaycan öz tələblərini beynəlxalq hüquq normaları çərçivəsində irəli sürür. Bu, bizi Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizədə daha qətiyyətli edir. Ermənistanın bu cür təxribatları davam etdirməsi də istisna deyil. İndiyədək dövlətimizin öz suveren hüquqlarını bərpa etmək üçün atdığı həlledici addımları dünya bilir. Bu aspektdən, Azərbaycanın səbri ilə oynamaq sərhədin o biri tərəfindəki təxribatçı qruplaşmaya baha başa gələcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR