İnsanlara hürriyət, millətlərə istiqlal!

Təxribatçı keşiş Baqrat Basarkeçərə gəlir

1017 04.06.2024 16:02 Son xəbər A A

“Sabah Vardenisə gedəcəyik”.

Musavat.com-un xəbərinə görə, bunu İrəvandakı Surb Anna kilsəsinin həyətində “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib və qədim Basarkeçərə səfərinin anonsunu verib.

“Saat 18.00-da Sotkda (Zod) mitinqimiz var. Mən onun Sotkda olmasını istəyirəm, çünki sərhəd oradan birbaşa görünür”, - Qalstanyan daha sonra bildirib.

Arxiyepiskop yaxın vaxtlarda Zəngəzuru ziyarət edəcəklərini desə də, dəqiq tarix açıqlamayıb.

“Müvəqqəti olaraq biz hələ də Sünikə səfər məsələsini həll etməliyik, çünki burada, İrəvanda mən çox vacib funksiyanı yerinə yetirməliyəm, bu, çox, çox vacibdir”, - arxiyepiskop bildirib.

Erməni mediası yazır ki, yürüş zamanı polisin Baqrat tərəfdarlarından birini “oğurladığı” barədə bəyanat da yayılmışdı.

“Onlar kiminsə bir az uzaqlaşdığını görən kimi aparırlar”, - yürüş iştirakçılarından biri deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR