İnsanlara hürriyət, millətlərə istiqlal!

TESLA 2 milyon avtomobili geri qaytarır

937 13.12.2023 20:37 Dünya A A

TESLA şirkəti ABŞ-da satılan avtomobillərin demək olar ki, hamısını geri qaytarmağa qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə Euronews yazıb.

Məlumata görə, istehsalçı bu qərarı bir sıra qəzalarla bağlı hərtərəfli araşdırmadan sonra verib.

Şirkət avtopilotdan sui-istifadəni aradan qaldırmaq üçün proqram təminatını yeniləməyə hazırlaşır.

TESLA-dan bildirilib ki, sistem belə adlansa da, əslində o, sadəcə sürücüyə kömək etməli, onu əvəz etməməlidir. Lakin bir çox elektrikli avtomobil sahibləri buna məhəl qoymurlar. Qərarın başqa ölkələrdə satılan avtomobillərə şamil ediləcəyi barədə isə hələ ki, məlumat yoxdur.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR