İnsanlara hürriyət, millətlərə istiqlal!

Terroçular ələ keçməmək üçün özlərini partlatdılar - ŞOK GÖRÜNTÜLƏR

1120 04.12.2023 16:52 Hadisə A A

Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya terrorla mübarizədəki son vəziyyətlə bağlı açıqlama verib. 

Musavat.com xəbər verir ki, terror təşkilatı "Kahramanlar-32" əməliyyatında ağır zərbə alıb.

Mardində həyata keçirilən əməliyyatda zərərsizləşdirilən terrorçulardan biri də qırmızı kateqoriyada olan Rodi Hayri kod adlı Orhan Elma olub. Onun ümumilikdə 5 şəhid və 12 nəfərin yaralanmasına səbəb olan 4 terror hadisəsi ilə bağlı göstəriş verdiyi müəyyən edilib.

Nazir Yerlikayanın verdiyi məlumata görə, Mardin vilayətinin Dargeçit rayonunun Alayurt məhəlləsinin çöl ərazisində, bölgəyə təyin edilmiş 2 PUA, içərisində 2 terrorçu olduğu düşünülən avtomobili təqib etməyə başlayıb. 

Maşın dayandıqdan sonra jandarmanın zirehli texnikaları terrorçuların olduğu düşünülən avtomobilə yaxınlaşıb. Həmin anda avtomobilin içərisindən jandarmanın zirehli texnikasına atəş açılıb və qarşıdurma başlayıb. Terrorçular qaça bilməyəcəklərini anladıqları zaman özlərini partladıblar.

Musavat.com

HABER.00_00_21_29.Still054

HABER.00_00_20_55.Still053

HABER.00_00_18_50.Still052

HABER.00_00_09_12.Still049

HABER.00_00_17_19.Still050

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR